21.6 C
Baku
Monday, October 7, 2024

Şahmat sizin həyatınız barədə nə deyir?

Şahmat – hər birimizə yaxşı tanış olan stol üstü oyundur. Lakin çox güman ki, şahmat oyununun qaydalarının gündəlik həyatımızla çox oxşar olduğunu bilmirsiniz.

Şahmat bizim haqqımızda nə deyə bilər? Şahmat oyununun qaydaları nədən bəhs edir?

Ağlar birinci hərəkət edir: bu bir növ cəmiyyətimizdə irqçilik məsələlərini xatırladır. Nə qədər kədərli hal olsa da, hazırda bu tendensiya, yəni irqçilik, dəri rəngi baxımından ayrı-seçkilik davam edir.

Qalaqurma: Rəhbərlik heç vaxt ilk cərgələrdə vuruşmur.

Keçiddə ələ keçirmək: Rəqibiniz sürətlə hərəkət etdikdə və sizinlə bərabər, yəni çiyin-çiyinə dayandıqda onu keçə, hesablaşa və üstün gələ bilərsiniz.

Qurban: Ən son nəticədə həyatla ayaqlaşmaq üçün müəyyən mərhələlərdə ən çox sevdiyiniz cəhətlərdən belə imtina etməyə hazır olmalısınız.

Yerləşdirmə: Lövhənin kənarında at – itirilmiş at deməkdir. Özünüzün ən dəyərli əməkdaşlarınıza onların sizdən gözlədiklərini verməsəniz onlar şirkət üçün faydasız hala gələcək və ola bilsin tezliklə sizi tərk edəcəklər.

Piyada ilə önə getmək: Ən yoxsul və zəiflər hər kəsdən daha çox qurbana çevrilir və böyük itkilərə məruz qalır.

Bundan əlavə, şahmat fiqurları bizə nə öyrədə bilər? Məsələn, Piyada – kiçik insan əzmkar olduqda “böyük” şəxsə çevrilə bilər, Kral – rəhbərlik düşünüləndən daha zəifdir, Piyadalar – komandanızda adi insanların qayğısına qalmadıqda onlar uzun müddət tab gətirə bilməyəcəklər.

Şahmatın bizdə inkişaf etdirdiyi xüsusiyyətlər isə aşağıdakılardır:

Öncəgörmə:  Uzun müddətli perspektivdə uğura nail olmaq üçün onu əvvəlcədən planlaşdırmağı öyrənmək lazımdır.

Dinclik: Rəqibinizin sizin həyəcanınızı görməməsi çox vacibdir. Döyüş zamanı qorxularınızı və zəif cəhətlərinizi gizlədin.

Zamanı idarə etmək: Əgər zamanınızı qiymətləndirməyi bacarmırsınızsa sahib olduğunuz güclü cəhətlərinizə baxmayaraq uğura nail olmayacaqsınız.

Son xəbərlər
Digər xəbərlər