14 C
Baku
Saturday, November 23, 2024

Danimarka və İsveç qaz təchizatı sahəsində həmrəylik sazişi imzalayıb

Danimarka və İsveç qaz təchizatı sahəsində həmrəylik haqqında saziş imzalayıblar. O, fövqəladə vəziyyət – enerji böhranının kəskinləşməsi və qışda qaz çatışmazlığı zamanı qüvvəyə minəcək.

Bu barədə Danimarkanın Energetika İdarəsi mətbuata açıqlamasında məlumat verib.

Müqaviləni Danimarka Energetika İdarəsinin direktoru Kristoffer Bötsauv və İsveçin Energetika Nazirliyinin baş direktoru Robert Andren imzalayıblar.

Sənəddə deyilir ki, bir il əvvəl başlayan enerji böhranı qiymətlərin kəskin artmasına səbəb olub və enerji infrastrukturu üçün yeni çağırışlar yaradıb, buna cavab olaraq şimal qonşuları və digər Aİ ölkələri ilə əməkdaşlıq və həmrəylik nümayiş etdirilməsi tələb olunur.

Son xəbərlər
Digər xəbərlər