14 C
Baku
Monday, May 6, 2024

Bankların ipoteka kreditlərinin həcmi, rüblük dinamikası və bazar payına görə RENKİNQİ (01.04.2023)

Azərbaycan bankları 2023-cü ilin birinci rübündə də ölkənin sosial əhəmiyyətli daşınmaz əmlak kreditlərinə marağını azaltmadılar və ilin ilk rübü tarixdə ilk dəfə olaraq portfel 3 mlrd. manat üzərində qapandı.

Banker.az-ın Azərbaycan Mərkəzi Bankından əldə etdiyi göstəricilərə əsasən 1 aprel 2023-cü il tarixinə ipoteka kreditlərinin həcmi 3 mlrd. 124.8 mln. manat oldu. Bu da rüblük 1.4 faizlik yüksəlişdir.

Tərtib edilmiş renkinqdə lider dəyişmədi. Dövlətin və eləcə də bank sektorunun sistem əhəmiyyətli ABB-si (Azərbaycan Beynəlxalq Bankı) ipoteka kreditlərinin həcmini rüb ərzində 6 faiz artırmaqla 973.68 milyon manata çatdırdı. İkinci sırada “Kapital Bank” ASC 443.86 mln. manatla (+6.6 faiz) və üçüncü sırada isə “Xalq Bank” ASC 332.81 mln. manatla (+4.9%) dayanır.

Ümumi aktivlərində əsasən ipoteka kreditləşməsinə güc verən “Bank BTB” ASC dördüncü sırada 167.17 mln. manatla mövqeyini qoruyub, lakin rüblük həcmdə cüzi eniş var.

 

u32r3423

Son xəbərlər
 ⁠
Digər xəbərlər