20 C
Baku
Saturday, September 28, 2024

Azərbaycan təbii qaz hasilatını və xaricə satışını artıra-artıra gedir

Azərbaycanda 2023-cü ilin ilk 4 ayında 16.2 mlrd. kub-metr həcmində təbii qaz hasil edilib.

Banker.az bu barədə energetika naziri Pərviz Şahbazovun tvitinə isinad edir.

O, qeyd edib ki, təbii qaz hasilatı illik 2.6% artıb.

Hesabat dövründə Azərbaycan xaricə 8.4 mlrd. kub-metr həcmində təbii qaz ixrac edib. Ötən ilin eyni dövründə 7.6 mlrd. kub-metr olduğunu nəzərə alsaq, illik cari dövrdə 10.5% artım göstərib.

Yanvar-aprel aylarında Avropaya 3.9 mlrd. kub-metr,  Türkiyəyə 3.4 mlrd. kub-metr, Gürcüstana isə 1.1 mlrd. kub-metr qaz ixrac olunub.

Bu dövrdə TANAP Türkiyəni 1.9 mlrd. kub-metr qazla təchiz edib.

2022-ci ilin müvafiq dövründə xaricə qaz satışı 7.6 milyard kubmetr təşkil edilmişdi. Həmin dövrdə Türkiyəyə 2.9 milyard kubmetr, Avropaya 3.5 milyard kubmetr, Gürcüstana isə 1.2 milyard kubmetr qaz satılıb. Bu dövrdə BTC boru kəməri sisteminə 36 milyon kubmetr qaz verilib. Türkiyəyə TANAP-la bu müddətdə 2 milyard kubmetrə yaxın qaz nəql olunmuşdu.Fv5z3teXgAAMN4F

Son xəbərlər
Digər xəbərlər