13 C
Baku
Sunday, September 29, 2024

Azərbaycanda broyler şirkəti səhmdarlarına dividend ödəyəcək

“Bərdə Broyler” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının nəzərinə 29 iyun 2023-cü il tarixində, saat 12:00-da Cəmiyyətin Səhmdarlarının növbəti ümumi yığıncağı Azərbaycan Respublikasında tətbiq edilən karantin rejimi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının “Səhmdarların ümumi yığıncağının məsafədən (onlayn) keçirilməsinə dair” Təlimatının tələblərinə əsasən, “Microsoft Teams” tətbiqi vasitəsi ilə onlayn formatda həyata keçiriləcəkdir.

Banker.az xəbər verir ki, onlayn iclasa qoşulma barədə təlimat səhmdarlara bildiriş vasitəsi ilə göndərilmişdir.

Səhmdarların növbəti ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir:

I. “Bərdə Broyler” ASC-nin 2022-ci ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması məsələsi haqqında;

II. “Bərdə Broyler” ASC tərəfindən 2022-ci ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi məsələsi haqqında;

III. Digər məsələlər.

Son xəbərlər
Digər xəbərlər