Azərbaycan və Türkiyənin XİN rəhbərləri Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.
XİN-dən verilən məlumata görə, Ceyhun Bayramov Türkiyədə keçirilən prezident və parlament seçkilərində Rəcəb Tayyib Ərdoğanın və hakim partiyanın səs çoxluğu ilə irəlidə olması münasibətilə nazir Çavuşoğluna təbriklərini çatdırıb. Bu seçkilər nəticəsində qardaş Türkiyənin daha da güclənəcəyinə əminlik ifadə olunub.
M. Çavuşoğlu göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Telefon danışığı zamanı, həmçinin bölgədə cari vəziyyət və sülh danışıqları üzrə son yeniliklər müzakirə edilib.