10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda pambıq ixracının azalmasına səbəb nədir?

Müəyyən ixrac bazarlarında pambıq ipliyinə tələbin azalması və idxalda pambıq mahlıcına üstünlük verilməsi səbəbi ilə Azərbaycanda pambıq üzrə ümumi ixrac göstəriciləri enib.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, bu barədə qurumun təşkilatçılığı ilə pambıq ixracatçıları ilə keçirilən görüşdə bildirilib.

Görüşdə həmçinin qeyd edilib ki, ixracın azalmasının digər səbəbi kimi Türkiyədə baş verən güclü zəlzələ nəticəsində müəssisələrin fəaliyyətinin dayandırması göstərilib. Bundan əlavə, nəqliyyat çatışmazlığı tədarük prosesini yubadıb.

Bu məsələlər ilə bağlı şirkət nümayəndələrinin tələb və təklifləri dinlənilib və ixracatçılar tərəfindən səsləndirilən çətinliklərin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən işlərin aparılacağı bildirilib.

Görüş iştirakçılarına AZPROMO-nun dəstək tədbirləri, o cümlədən bu il təsdiqlənməsi gözlənən logistikanın subsidiyalaşması mexanizmi haqqında məlumat verilib.

Xatırladaq ki, AZPROMO-nun təşkilatçılığı İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Vergi Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Sahibkarlığın İnkişafı Fondu, İqtisadi Zonaların İnkişafı Agentliyi və Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndələrinin iştirakı ilə pambıq ixracatçıları ilə görüş keçirilib. Tədbirdə ixrac coğrafiyasının genişləndirilməsi məqsədilə pambığın yeni ölkələrə tədarük olunması üçün tələb olunan sertifikatlar və keyfiyyət standartları haqqında ixracatçılara məlumat verilib, ixracatçıların sualları cavablandırılıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər