13 C
Baku
Saturday, November 23, 2024

Səfirlik seçkilərlə bağlı Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarına müraciət edib

Türkiyənin Bakıdakı səfirliyi qardaş ölkədə keçiriləcək prezident seçkilərinin ikinci turu ilə bağlı Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarına müraciət edib.

Bu barədə diplomatik nümayəndəliyin tviter hesabında paylaşım edilib.

Bildirilib ki, prezident seçkilərinin ikinci turu üçün səfirlikdə səsvermə prosesinin başlayacağı 20 may tarixində 4, mayın 21-də 4, mayın 22-də isə 1 qutu qurulacaq.

Qeyd edək ki, Türkiyədəki prezident seçkilərinin ikinci turu üçün Azərbaycanda səsvermə 20-22 may tarixlərində keçiriləcək. Səsvermə prosesi Bakıdakı səfirlik, Gəncə və Naxçıvandakı Baş konsulluqların binalarında baş tutacaq.

Xatırladaq ki, mayın 14-də keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. İki namizəd – Rəcəb Tayyib Ərdoğan və müxalifət lideri Kamal Kılıçdaroğlu arasında qalib gələn siyasətçi Prezident olacaq.

İlk turda Türkiyənin hazırkı Prezidenti 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb. “Ata” siyasi blokunun təmsilçisi Sinan Oğan 5,17% səs yığıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər