7 C
Baku
Friday, November 29, 2024

Yeni investisiya şirkəti yaradıldı – “NovoCapital İnvestisiya Şirkəti” QSC

Azərbaycanda yeni investisiya şirkəti təsis edilib.

Banker.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “NovoCapital İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətini (QSC) dövlət qeydiyyatına alıb.

Şirkət Bakı şəhəri Binəqədi rayonu, Mir Cəlal, ev 103, m. 20 hüquqi ünvanında 300 min manat nizamnamə kapitalı ilə 11 may 2023-cü il tarixində dövlət qeydiyyatına alınıb.

“NovoCapital İnvestisiya Şirkəti” QSC-nin direktoru Həmdulla Əzizov Natiq oğludur.

Xatırladaq ki, İnvestisiya şirkəti investisiya şirkəti fəaliyyəti üçün lisenziyaya malik olan, fəaliyyətinin müstəsna predmeti “Qiymətli kağızlar bazarı haqqında” Qanunun 30.3-cü və 30.4-cü maddələri ilə müəyyən edilmiş investisiya xidmətlərinin göstərilməsi olan səhmdar cəmiyyəti formasında yaradılan hüquqi şəxsdir.

Onların bazarda iştirakı üçün Azərbaycan Mərkəzi Bankından lisenziya əldə etməlidirlər. Hazırda Mərkəzi Bank 13 belə şirkətə lisenziya təqdim edib.

Əsas investisiya xidmətləri (əməliyyatları) aşağıdakılardır:

  • qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi;
  • fərdi investorların portfelinin idarə edilməsi;
  • investisiya məsləhətlərinin verilməsi;
  • qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi;
  • qiymətli kağızların öhdəlik götürməklə yerləşdirilməsi və anderraytinqi;
  • mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması;
  • marja ticarəti.

 

Son xəbərlər
Digər xəbərlər