14 C
Baku
Sunday, November 24, 2024

Naxçıvanın Baş naziri: “2023-cü ildə büdcə gəlirlərinin 20 faizədək artıq yığılacağı planlaşdırılır”

2023-cü ildə Naxçıvan Muxtar Respublikasında büdcə gəlirlərinin nəzərdə tutulan vəsaitdən 20 faizədək artıq yığılacağı planlaşdırılır.

Bu barədə Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov rəsmi mətbuata müsahibəsində bildirib.

“Əməkhaqqı, sosial və digər ödənişlərlə bağlı xərclərin bir hissəsinin həmin vəsait hesabına həyata keçirilməsi nəzərdə tutulur ki, bu da mərkəzi büdcədən ayrılan dotasiyanın həcminin azalmasına gətirib çıxaracaq.

2023-cü ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikası büdcəsinin xərcləri 179,8 milyon manat proqnoza qarşı 82,8 faiz və ya 148,9 milyon manat məbləğində icra edilib. Beləliklə, 30,9 milyon manat məbləğində vəsaitə qənaət edilib. Eyni zamanda “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcə layihəsinin hazırlanması istiqamətində işlər davam etdirilir”, – Baş nazir qeyd edib.

Son xəbərlər
Digər xəbərlər