Yaponiyanın avtomobil istehsalçı şirkəti olan Suzuki Motor Almaniyanın Volkswagen AG şirkətində sahib olduğu 19,9% səhm payını 471,74 milyard yenə (3,94 milyard dollar) alacaq.
Yaponiyalı istehsalçı gələn həftə hərracın bitmə anındakı qiymətə uyğun olaraq 122,77 milyon səhmi 1 səhmə 3842,50 yen dəyərində məbləğ ödəyərək almağı planlaşdırır.
Qeyd edək ki, 2009-cu ildə Volkswagen Suzuki şirkətinin 19,9% səhmlərini əldə etmişdi və bu addımda əsas məqsəd inkişaf etməkdə olan ölkələrin bazarları üçün ucuz avtomobillərin istehsalında yapon texnologiyasını öyrənmək idi.