13 C
Baku
Saturday, November 23, 2024

Yaponiyanın Ukraynaya etdiyi yardımın həcmi məlum olub

Yaponiya hökuməti indiyədək Ukraynaya ümumilikdə 7.6 milyard dollar dəyərində humanitar, ərzaq, maliyyə və digər növ yardımlar göstərib.

Bu barədə Yaponiyanın xarici işlər naziri Yosimasa Hayasi məlumat verib.

O bildirib ki, Ukrayna nümayəndə heyəti hazırda Yaponiyadadır. Y.Hayasi əlavə edib ki, nümayəndə heyəti xüsusilə təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması və dağılmış infrastrukturun bərpası təcrübəsi ilə tanış olur.

Nazirin sözlərinə görə, bu yardıma ukraynalı minatəmizləmə üzrə mütəxəssislərin hazırlanması ilə bağlı xərclər də daxildir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər