10 C
Baku
Wednesday, December 11, 2024

Qeyri-həyat sığortası bazarında yığım 8,2%, ödəniş isə 0,3% artıb

2015-ci ilin yanvar-avqust aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 230,9 milyon manatı və ya 73,8%-i qeyri-həyat sığortasının payına düşüb.

Azərbaycan Sığortaçılar Assosiasiyasından Banker.az redaksiyasında daxil olan məlumata əsasən, 2014-cü ilin eyni dövrünə nisbətən qeyri-həyat sığortası bazarı 8,2% böyüyüb.

Qeyri-həyat sığortası üzrə yığımların 22,8%-i və ya 52,7 milyon manatı avtomobillərin icbari sığortasının, 21,7%-i və ya 50,2 milyon manatı tibbi sığortanın, 9%-i və ya 20,7 milyon manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 8,9%-i və ya 20,5 milyon manatı daşınmaz əmlakın icbari sığortasının, yenə də 8,9%-i və ya 20,5 milyon manatı kasko sığortasının, 28,7%-i və ya 66,3 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

8 ay ərzində sığorta ödənişlərinin 71,8%-ni və ya 83,4 milyon manatını qeyri-həyat sığortası təşkil edib. Bu 2014-cü ilin eyni dövrü ilə müqayisədə 0,3% çoxdur.

Qeyri-həyat sığortası üzrə ödənişlərin 39,8%-i və ya 33,2 milyon manatı tibbi sığortanın, 25,6%-i və ya 21,3 milyon manatı avtomobillərin icbari sığortasının, 19,6%-i və ya 16,3 milyon manatı kasko sığortasının, qalan 15%-i və ya 12,5 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 36,1 manatı ödəniş edilib. 2014-cü ilin ilk 8 ayında bu rəqəm 38,9 manat olub.

Son xəbərlər
Digər xəbərlər