16 C
Baku
Monday, April 29, 2024

Prezident: Bu gün qarşıda duran əsas məsələlərdən biri ixracın şaxələndirilməsidir

Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsul 3 dəfədən çox artıb.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Moskvada qonaq qismində iştirak etdiyi Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib ki, Azərbaycanda yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə enib.

Prezidentin sözlərinə görə, xarici borc ümumi daxili məhsulun 9 faizdən az hissəsini təşkil edir və ildən-ilə azalır.

“Azərbaycanın valyuta ehtiyatları xarici borcunu 10 dəfə üstələyir”, – Prezident İlham Əliyev əlavə edib.

Azərbaycan Prezidenti vurğulayıb ki, bu gün qarşıda duran əsas məsələlərdən biri ixracın şaxələndirilməsidir.

Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Azərbaycanda işsizlik səviyyəsinin cəmi 5 faiz olmasına baxmayaraq, ölkə əhalisinin sayı 20 il ərzində 7 milyondan 10 milyona çatıb ki, bu da yeni iş yerlərinin yaradılması üçün aktiv fəaliyyət tələb edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər