8 C
Baku
Friday, December 13, 2024

“Networking Azerbaijan” işadamları klubu növbəti silsilə tədbirini keçirib

Banker.az xəbər verir ki, “Networking Azerbaijan” işadamları klubu 24, 25 may tarixlərində növbəti tədbirlərini keçirib.Tədbir iki gün davam edib.  Ənənələrinə sadiq qalaraq,  “Networking Azerbaijan” hər ay tədbirlər keçirməyə və ölkənin işgüzar cəmiyyətini bir araya yığmağa nail olub. Bu dəfəki tədbirlər “Shah Palace Hotel”də baş tutub. Tədbirdə müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar və idarəçilər iştirak edib. Hər zaman olduğu kimi, tədbirin əsas məqsədi qonaqlar arasında işgüzar əlaqələrin qurulması və genişləndirilməsindən ibarət olub.
Sahibkarlar işgüzar mühitdəki son tendensiyaları canlı müzakirə etməyə, fikir və təcrübələrini bölüşməyə müvəffəq olublar. 24 may tarixində baş tutan tədbiri açıq elan edən Orxan Hacıyev gecənin qonaqlarını salamlayıb, netvörkinqin faydalarından bəhs edib və çıxış üçün qonaqlar qarşısına “Caspian Event Organisers” şirkətinin baş direktoru Fərid Məmmədovu dəvət edib. “CEO” şirkətinin fəaliyyətidən danışan Fərid Məmmədov qonaqlara sərgilərin təşkili və sahibkarlara faydası haqqında bəhs edib. Görüşdə Fərid Məmmədov sərgi biznesinin xüsusiyyətlərini və bu fəaliyyət sahəsində əldə etdiyi nailiyyətləri bölüşüb.
~
İkinci gün 25 may tarixində keçirilən tədbirdə isə spiker olaraq səhnəyə “Odero” şirkətinin rəhbəri Raşit Kartal bəy dəvət olunub. “Odero” şirkətinin fəaliyyəti haqqında məlumat verən Raşit Kartal sahibkarlar üçün elektron ticarət haqqında  məlumatlar verib və  şirkətin əsasən elektron ticarət üçün məhsul və xidmətlərindən danışıb.
Tədbirdə  qonaqlar bir-biri ilə sərbəst ünsiyyət qura və tədbirin yaratdığı imkanlardan faydalana biliblər. “Networking Azerbaijan” biznes klubunun bütün tədbirlərində olduğu kimi, budəfəki tədbirlər də rahat ab-havada keçərək, iştirakçıların yüksək əhvali-ruhiyyədə olmağını təmin edib.1bb13690 a423 425d 96c5 4b7e12ebe582 4b2fc913 f635 4c90 ae34 e1792dec8442 5b34f6aa 64cf 46cc 80e7 0c40ea928b30 6e58d3b3 7d5b 42c8 817c 4fc5823f6df6 36f29438 7f1c 4433 8446 56ff3132b5e2 49c60dc5 c7e3 48c5 892d 9e5f608c50d0 99b86ddb 13a5 40e2 8812 5e8240981159 971cc9e1 669b 45ed ae6c 16e6b5cb4fa4 8158f0d4 3e31 4e98 8bae 960d74d8e191 59032d82 6edc 4c14 aeb4 8edd33b1058e 91274852 bdfa 41be b39f 6a64481999ba 99410070 781a 4700 8f5c 1aee292f9682 b336b6e9 41f1 4757 b07b f9bd389a0372 d8a8fd08 a768 440d 95eb fbc3ad211bdd f26d9a0b 9e5f 4991 9f7d e48366145a5f f7685b09 dfea 4882 832e 1c3c4c9b6c37 fbf5098b c493 42df b154 dd6e3c809b8c
Son xəbərlər
Digər xəbərlər