10 C
Baku
Thursday, December 12, 2024

Avrasiya aktuarları Azərbaycana toplaşır

28-29 sentyabr 2015-ci il tarixlərində Holiday Inn Bakuhotelində Beynəlxalq Aktuarlar Assosiasiyasının Avrasiya və Yaxın Şərq üzrə komitəsinin toplantısı keçiriləcək.

Toplantıda 20-yə yaxın ölkədən 40-dan çox beynəlxalq dərəcəli aktuar, həmçinin, yerli sığorta sistemində çalışan 50-dən çox aktuar iştirak edəcək.

Tədbirdə həmçinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin DSNX-nin, Dövlət Sosial Müdafiə Fondunun, eləcə də Beynəlxalq Aktuarlar Assosiasiyasınınkomitə rəhbərləri və qonşu ölkərin Aktuarlar Assosiasiyalarının yüksək struktur nümayəndələri iştirak edəcəklər.

İki gün davam edəcək toplantı çərçivəsində iştirakçılar üçün seminarlar da təşkil olunacaq. Seminarlarda ekspertlər tərəfindən iştirakçılara:

· Aktuar Peşəkarlığı

· Tibbi sığortada maliyyələşdirilmə

· Dəyişən mühitdə strateji aktivlərin yerləşdirilməsi və idarə edilməsi

·  Ödəmə qabiliyyəti

·  Təqaüd sistemlərinin maliyyə sabitliyi

·  Beynəlxalq təcrübədə Sığorta ehtiyyatlarının hesablanması və qeyri-həyat sığortasında yaradılan sığorta ehtiyatlarında təkrarsığortaçıların payı

Beynəlxalq Aktuarlar Assosiasiyasının prinsiplərinin yerli qanunvericiliyə implementasiyasımövzularında seminarlar təşkil olunacaq.

Toplantı Beynəlxalq Aktuarlar Assosiasiyasının təşəbbüsü, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyası və Azərbaycan Aktuarlar Assosiasiyasının təşkilatçılığı ilə baş tutacaq.

Son xəbərlər
Digər xəbərlər