“Rahat” və “Port Baku Bazar” marketin daxil olduğu “ANC Group” MMC 2022-ci ili 384 min manat xalis mənfəət əldə edib.
Banker.az xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatında açıqlanıb.
Bununla da, onun xalis mənfəəti illik müqayisədə 14% artıb. Şirkət 2021-ci ili 338 min manat xalis mənfəət əldə etmişdi.
“ANC Group”un gəlirləri 2022-ci ildə 254 milyon 165 min manata olmaqla illik müqayisədə 49 milyon 228 min manat, yaxud 24% artıb.
1 yanvar 2023-cü il tarixində “ANC Group” 100 milyon 470 min manat cəmi aktivlərə malik olub. Aktivlər illik müqayisədə 21 milyon 183 min manat və ya 27% artıb.
Xatırladaq ki, “ANC Group” MMC 7.08 mln manat nizamnamə kapitalına malikdir. Şirkətinin təsisçiləri “ABDA Retail İnvestment Holding LTD” (90%), Babakişiyev Cəlal Rasim oğludur.