1 C
Baku
Saturday, December 14, 2024

Prezident: Çox tezliklə “Abşeron” yatağından ilk qaz hasilatına dair yaxşı xəbərlər eşidilə bilər

Azərbaycanın 2027-ci ilədək Avropaya qaz tədarükünü iki dəfəyədək artırması üçün resursları mövcuddur.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.

Prezident qeyd edib ki, çox tezliklə “Abşeron” yatağından ilk qaz hasilatına dair yaxşı xəbərlər eşidilə bilər: “Bizim planımız 2027-ci ilədək Avropa İttifaqı bazarına qaz tədarükümüzü iki dəfə artırmaqdır. Bu, tamamilə realdır. Əgər bizim qaz tədarükümüzün dinamikasına baxsaq görərik ki, 2021-ci ildə bu 8 milyard kubmetr idi, bu il isə bu, 20 milyard kubmetr olacaq. Bu, bizim ümumi ixracımızın təxminən yarısıdır. 2027-ci ilədək minimum 20 milyard kubmetrə çatdırılması üçün resurslar mövcuddur. Bizim əsas qaz sahələrimizdən biri “Şahdəniz”dir, digəri isə “Abşeron” qaz sahəsidir. Biz tezliklə “Abşeron”dan ilk qaz haqqında çox yaxşı xəbər eşidəcəyimizə ümid edirik. Hətta mən deyə bilərəm ki, çox tezliklə”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər