11 C
Baku
Tuesday, November 26, 2024

“Yelo Bank” investisiya portfelinə bir neçə xarici və yerli şirkətlərin istiqrazlarını daxil edib

“Yelo Bank” ASC 2022-ci ildə investisiya portfelini böyütməklə bir sıra korporativ istiqrazlar əldə edib.

Banker.az xəbər verir ki, bankın investisiya qiymətli kağızlar portfeli 2022-ci ildə 7.74 mln. manatdan 20.77 mln. manata qaldırılıb.

Bank 2022-ci ildə ABŞ-nin 3.5 gəlirlilik təklif edən 5.13 mln. manat ekvivalentində xəzinədarlıq vekselləri əldə edib. Son ödəmə tarixi 2023-cü ilin mart ayı göstərilir. Yəni, artıq ödənilmiş olmalıdır.

Bununla belə, bank SOCAR-ın 4% gəlirlik təklif edən 3.46 mln. manat ekvivalentində istiqrazlarını əldə edib.

Bank həmçinin, “AzərGold” ASC, “TBC Bank” ASC, “Paşa Yatırım Bankası” A.Ş, “Petkim Petrokimya Holding” A.Ş. kimi xarici və yerli şirkətlərin müvafiq olaraq illik faiz dərəcəsi 3.60%-3.70%, 5.75%, 5.75%, 5.00% və ödəmə tarixi 2023-cü ilin sentyabr ayı, 2024-cü ilin iyun ayı, 2024-cü ilin iyun ayı, 2023-cü ilin yanvar ayı olan korporativ istiqrazları daxil edilib.

Digər məcmu gəlir vasitəsilə ədalətli dəyərdə təsnifləşdirilən (DMGVƏD) borc qiymətli kağızlarına “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Finca Azərbaycan BOKT” MMC, BOKT “EmbaFinans” QSC, BOKT “TBC Kredit” MMC-nin müvafiq olaraq illik faiz dərəcəsi 6.00%, 9.00%, 7.50%, 8.00% olan və ödəmə tarixi 2024-cü ilin iyun ayı, 2023-cü ilin dekabr ayı, 2024-cü ilin avqust ayı, 2023-cü ilin sentyabr ayı olan istiqrazları daxil edilib.

Maliyyə Nazirliyinin emisya etdiyi dövlət istiqrazları bu il investisiya qiymətli kağızlar portfelinə daxil edilməyib. 2022-ci ilin ilin əvvəli portfelində 5.69 mln. manat dövlət istiqrazları var idi.

Qeyd edək ki, 2022-ci ildə investisiya qiymətli kağızlardan bankın faiz gəliri 685 min manat olub.

Son xəbərlər
Digər xəbərlər