25 C
Baku
Saturday, October 5, 2024

Azərbaycanda ÜDM-in 2015-ci ildə artımı 3,0% olacaq

Asiya İnkişaf Bankının proqnozu.

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda 2015-ci ildə ÜDM-in artımının 3,0%, 2016-cı ildə isə 2,8% olacağını proqnoz edir.

Oxu.Az xəbər verir ki, “Asiyanın 2015-ci ildə inkişaf perspektivləri” hesabatında qeyd edilib ki, neftin və qazın qiymətinin ucuzlaşmasına görə ixracatdan əldə eidlən gəlirin azalması Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistanda inkişafı ləngidir.

“Regionda inflyasiya 2015-ci ildə 8,1% və 2016-cı ildə 7,5% səviyyəsində proqnozlaşdırılır”, – hesabatda qeyd edilir.

Proqnoza əsasən, Azərbaycanda inflyasiya 2015-ci ildə 6%, 2016-cı ildə isə 5,5% olacaq.

Son xəbərlər
Digər xəbərlər