14 C
Baku
Saturday, November 23, 2024

Üç ildir yaradılan “Prior Credit BOKT” növbəti dəfə zərər açıqlayıb

“Prior Credit Bank Olmayan Kredit Təşkilatı” ASC-nin 2022-ci ildə növbəti dəfə zərər etdiyi məlum olub.

Banker.az xəbər verir ki BOKT-nin “Baker Tilly” audit şirkəti tərəfindən aparılan hesabatda bu qeyd edilir.

Hesabat ilində borcları 1 mlnş 112 min manata qalxdığı halda, bunları müştərilərə kredit kimi yönəldə bilib. Onun 3 mln. 297 min manatlıq cəmi aktivlərinin 3 mln. 166 min manatı müştərilərə verilən kreditlərdir. BOKT-nin əlində cəmi 20 min ətrafında nağd pul var. Bu həm də o deməkdir ki, BOKT-un iri həcmli növbəti müddətdə kredit verməsi üçün əlavə vəsaitlərə ehtiyac var.

BOKT 2022-ci ildə bir sıra xərclərini optimallaşdırmağa çalışsa da, əsasən əməliyyat xərcləri gəlirlərindən kəskin fərqdə üstün olub. Belə ki, kredit təşkilatı hesabat ilində 571 min manat faiz gəliri əldə etdiyi halda, 254 min manat kreditlər üzrə mümkün zərər ( 2021: 33 min manat), 626 min manat ümumi və adminstrativ xərclər (649 min manat), 15 min manat haqq və komissiya xərcləri (20.44 min manat) və s. xərclər edib.

Beləliklə, 342 min manat ilin zərərlə tamamlayıb. Onun 2021-ci ildəki zərəri 520 min manat idi.

“Prior Credit BOKT”un balansındkı zərərin həcmi 875 min manata yüksəlib.

BOKT 2020-ci ilin son rübü Azərbaycan Mərkəzi Bankından lisenziya əldə edib.

Xatırladaq ki, “Prior Credit BOKT” ASC 2020-ci ildə yaradılıb, 3 mln. manat nizamnamə kapitalı var. Onun səhmlərinin 100%-i “Prior Leasing Şirkəti”nə məxsusdur.

2223 222222222

Son xəbərlər
Digər xəbərlər