Azərbaycandakı nəqliyyat vasitələrinin 60 %-nin istismar müddəti 20 ildən çoxdur.
Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Elvin Hüseynzadə bildirib.
“Ümumilikdə Azərbaycanda 1 milyon 700 mindən çox nəqliyyat vasitəsi var. Yeni qanun layihəsi bu prosesin tənzimlənməsinə müsbət təsirini göstərəcək”, – deyə o əlavə edib.