13 C
Baku
Friday, November 22, 2024

Mastercard Azərbaycan üzrə yeni ölkə meneceri təyin edib

Mastercard-ın Azərbaycan üzrə nümayəndəliyinə rəhbərlik etmiş Emil Zeynalov rəsmi olaraq Mastercard-ın Azərbaycan üzrə ölkə meneceri təyin edilib.

Bu barədə “Mastercard”dan bildirilib.

Emil Zeynalov öz karyerasına Rusiyada fəaliyyət göstərən Credit Europe Bankında başlayıb. Daha sonra o, Azərbaycanda yerli kommersiya banklarında müxtəlif vəzifələrdə çalışıb.

O, 2016-cı ildən etibarən Azərbaycanda Mastercard-ın nümayəndəsi kimi fəaliyyət göstərib.

Masterсard ödəniş sənayesi sahəsində fəaliyyət göstərən qlobal bir texnologiya şirkətidir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər