12 C
Baku
Monday, November 25, 2024

“Büdcə zərfi”ndə fiskal risklər barədə məlumatlara yer verilməyib – Hesablama Palatası

Yenidən baxılan “Büdcə zərfi”ndə fiskal risklər barədə məlumatlara yer verilməyib, Hesablama Palatası bəzi risklərin mövcud olduğu qənaətinə gəlib.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə Hesablama Palatasının Rəyi”ndə əksini tapıb.

Qeyd edilib ki, 2023-cü ilin dövlət büdcəsinin layihəsi ilə birlikdə hazırlanan və təqdim edilən sənədlərdə makroiqtisadi proqnozlarda kənarlaşmalar, neftin qiymətinin və hasilat həcmlərinin azalması, inflyasiya təzyiqləri, pensiya təminatı sisteminin maliyyə dayanıqlılığı, dövlət büdcəsinə təmin edilən ödənişlər üzrə imtiyazların genişləndirilməsi, dövlət müəssisələri, yoluxucu xəstəliklərin o cümlədən pandemiyanın yeni ştammlarının yayılması, iqlim dəyişiklikləri əsas fiskal risklər kimi qeyd edilib. Bundan əlavə, Hesablama Palatası tərəfindən hazırlanan rəydə ortamüddətli dövr üçün digər risklərə – bəzi sahələr üzrə əsaslı xərclərin azalmasının kompensasiya edilə bilinməməsi, cari xərclərin büdcədə payının əhəmiyyətli yüksəlməsi, xəzinədənkənar əməliyyatların və xəzindənkənar qalıqların həcminin əhəmiyyətli olması, vahid xəzinə hesabının sərbəst qalığından vəsaitin ayrılması, dövlət borcuna xidmətlə bağlı xərclərdə faiz ödənişlərində artım ehtimalının olması, resessiya ehtimallarının makrofiskal çərçivəyə təsirinə diqqət yetirilib. Aparılan təhlil hər 2 qrup üzrə bəzi risklərin (məsələn, makroiqtisadi proqnozlarda kənarlaşmalar, neftin hasilatının azalması, dövlət borcuna xidmətlə bağlı xərclərdə faiz ödənişlərində artım, vahid xəzinə hesabının sərbəst qalığından vəsaitin ayrılması və s.) baxılan dövr ərzində reallaşdığını göstərir. 2023-cü ilin makrobüdcə parametrləri üzrə proqnozların dəyişdirilməsi fonunda yenidən baxılan dövlət büdcəsinin layihəsi ilə birlikdə təqdim edilən sənədlərdə yenilənən dövlət büdcəsinin hansı fiskal risklərin təsirinə məruz qala biləcəyi göstərilməyib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər