19 C
Baku
Friday, September 20, 2024

“Almet Trading Baku” fond bazarından 2 mln. manat dəyərində 13% ilə borc cəlb edir

Almet Trading Baku” Qapalı Səhmdar Cəmiyyəti manatda fond bazarından daha bir borc cəlb etməyən şirkətdir.

Banker.az şirkətin emissiya prospektinə istindən xəbər verir ki, “Almet Trading Baku” QSC hər bir səhmin 1000 manat dəyəri olan 2000 ədəd səhm buraxacaq.

“Almet Trading Baku” QSC polad ticarəti və saxlanması ilə məşğul olan şirkətdir. Şirkətin Bakı ofisi – orta hesabla, ölkədə 25 000 ton polad ehtiyatına malikdir və ölkədə armatur, sinklənmiş vərəqə və məftil (katanka) ticarəti üzrə idxalçılardan biridir.

Audit olunmu hesabata görə, 2020-ci ili    2.12 mln. manat, audit olunmamış hesabatlara görə isə 2021 və 2022-ci ildə müvafiq olaraq 2.6 mln. və 1 mln. üzərində xalis mənfəət əldə edib.

Şirkət yeni buraxacağı istiqrazları il (24 ay) müddətinə və 13%-lik gəlirlə təklif edir. İstiqrazlar 1000 ədəd olmaqla iki dəfə buraxılacaq.

Xatırladaq ki, “Almet Trading Baku” QSC 2000 manat nizamnamə kapitalı var. Onun nizamnamə kapitalının payşıları Rüstəmov Rüfət Telman oğlu – 90% və Orucov Elxan Əlisaab oğludur-10% .

 

Son xəbərlər
Digər xəbərlər