17 C
Baku
Monday, May 13, 2024

Messi artıq bu klubda mübarizə aparacaq

Argentina millisinin futbolçusu Lionel Messi yeni klubunun adını açıqlayıb.

36 yaşlı hücumçu “Mundo Deportivo” nəşrinə müsahibəsində ABŞ-ın “İnter Mayami” komandasına keçəcəyini bildirib.

O, uzun illər formasını geyindiyi İspaniya “Barselona”sına qayıtmayacağını söyləyib.

Artıq “İnter Mayami” klubu da sosial şəbəkə hesabları vasitəsilə ulduz futbolçunun transferini elan edib.

Qeyd edək ki, Lionel Messinin son klubu Fransa PSJ-si olub.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər