Azərbaycan Respublikası Baş Prokurorluğu “Crystal İnşaat” ASC ilə təxminən 8 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Kürdəmir, Şəki və Bakı şəhəri üzrə Pirallahı rayon prokurorluqlarının yeni inzibati binalarının tikinti işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 7.610.979 manatdır.
Xatırladaq ki, “Crystal İnşaat” ASC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 4 min manatdır və qanuni təmsilçisi isə Rəsul Rəsulovdur.