14 C
Baku
Saturday, November 23, 2024

Yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 8.5 milyard manatdan çox olub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, indiyədək ölkə ərazisində 90 138 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2023-ci ilin yanvar-may ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 8,5 milyard manatdan çox olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz çoxdur.

Son xəbərlər
Digər xəbərlər