2018-2022-ci illədə Azərbaycanın qeyri-neft-qaz ixracının dəyəri həm faktiki qiymətlərlə, həm də real ifadədə 77.3 % artaraq 1.72 milyard ABŞ dollarından 3.05 milyard ABŞ dollarına çatıb.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında bildirib.
Onun sözlərinə görə, qeyri-neft sektorunun təşviqi istiqamətində həyata keçirilən islahatlar dayanıqlı iqtisadi inkişafa mühüm təkan verir.