11 C
Baku
Tuesday, November 26, 2024

Naxçıvanda sosial ödənişlərin e-sistem üzərindən proaktiv təyinatına başlanır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasında da pensiya, müavinət və təqaüdlərin elektron sistemlər üzərindən proaktiv təyinatı mexanizmlərinin tətbiqinə başlanır.

Nazirlikdən verilən xəbərə görə, Nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) tərəfindən təyinatların e-sistemlər üzərindən həyata keçirilməsi mexanizminin qurulması işləri yekunlaşır və artıq uşağın anadan olmasına görə birdəfəlik müavinətin təyinatı ötən aydan proaktivləşdirilib.

Yaxın günlərdə digər müavinətlərin, pensiya və təqaüdlərin e-qaydada proaktiv şəkildə təyinatına başlanacaq.

Nəticədə həmin sosial ödənişlərə hüququ yaranmış şəxsə müraciətinə və sənəd təqdim etməsinə ehtiyac qalmadan proaktiv qaydada bu ödənişlərin təyinatı aparılacaq və bu barədə ona e-qaydada məlumat veriləcək.

Eyni zamanda, Muxtar Respublika üzrə pensiya alan şəxslər də artıq e-sosial.az portalından pensiyaları barədə məlumat ala, habelə elektron arayışlar əldə edə bilərlər.

Xatırladaq ki, 2019-cu ilin əvvəlindən Nazirlik tərəfindən sosial ödənişlərin elektron sistem üzərindən proaktiv təyinatına başlanıb. Ötən dövrdə 87.1 min pensiya, 486.7 min müavinət, təqaüd proaktiv qaydada təyin olunub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər