2 C
Baku
Saturday, December 14, 2024

Beynəlxalq reytinq agentliyi Azərbaycan manatının məzənnəsi ilə bağlı proqnozunu açıqladı

Beynəlxalq reytinq agentliyi Azərbaycan manatı ilə bağlı proqnozunu açıqlayıb.

Banker.az bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycan üzrə hesabatına istinadən xəbər verir.  “S&P” ABŞ dolları/Azərbaycan manatı məzənnəsinin 2026-cı ilə kimi 1.70 səviyyəsində qalacağını müəyyən edib.

Hesabatda bildirilib ki, biz güman edirik ki, ABŞ Dolları/Azərbaycan manatı məzənnəsi 1,70 səviyyəsində sabit saxlanılacaq. Bu, rəsmi orqanların xarici valyuta bazarına müntəzəm müdaxilələri ilə dəstəklənir. Buna baxmayaraq, bizim fikrimizcə, karbohidrogen (neft və qaz) qiymətləri kəskin şəkildə aşağı düşərsə və uzun müddət aşağı qalarsa, Azərbaycan rəsmiləri məzənnəyə düzəlişlər etməyi düşünə bilər. Bu, Mərkəzi Bankın 2015-ci ildəki tədbirləri kimi xarici valyuta buferlərinin əhəmiyyətli dərəcədə itkisinin qarşısını almağa kömək edəcək.

Son xəbərlər
Digər xəbərlər