2023-cü ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 20.8
milyard manatlıq, o cümlədən 12.0 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün
məmulatları, 8.8 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır.
Banker.az bu barədə DSK-ya istinadən xəbər verir.
2022-ci ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2.9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2.0 faiz, qeyri-ərzaq malları üzrə 4.1 faiz artmışdır.
2023-cü ilin yanvar-may aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları
mallara xərclədiyi vəsaitin 52.9 faizi ərzaq məhsullarının, 4.7 faizi içkilər və tütün
məmulatlarının, 12.7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5.7 faizi avtomobil
benzini və dizel yanacağının, 4.4 faizi elektrik malları və mebellərin, 2.5 faizi əczaçılıq
məhsulları və tibbi ləvazimatların, 1.0 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və
çap məhsullarının, 16.1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.