10 C
Baku
Thursday, December 12, 2024

Hulusi Akar və Soyluya yeni vəzifə verildi

Türkiyədə mayın 14-də AK Partiyadan millət vəkili seçilən və Türkiyə Böyük Millət Məclisinə daxil olan keçmiş nazirlərə Məclisdə yeni vəzifə verilib. 

Türkiyənin sabiq daxili işlər naziri Süleyman Soylu, keçmiş ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Ətraf Mühit Komissiyasına, həmçinin keçmiş Sənaye və Texnologiya naziri Mustafa Varank Sənaye, Ticarət, Enerji, Təbii Sərvətlər, İnformasiya və Texnologiyalar Komissiyasına sədr seçilib.

Sabiq Milli Müdafiə Naziri Hulusi Akar da  Milli Müdafiə Komissiyasının sədri təyin olunub.

Son xəbərlər
Digər xəbərlər