İyunun 20-də Minskdə KTMT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“İyunun 20-də Minskdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək. İclasın yekununda bir sıra birgə sənədlərin təsdiqlənməsi gözlənilir”, – Zaxarova qeyd edib.
Xatırladaq ki, Belarus bu il KTMT-yə sədrlik edir.