13 C
Baku
Saturday, November 23, 2024

Sorğunun nəticələri: Azərbaycanda istehlak və ipoteka kreditlərinə tələb yüksəlir

2023-cü ilin I rübündə istehlak və ipoteka portfeli üzrə kredit standartlarında yumşalma tendensiyasının səngiməsi meylləri müşahidə edilib.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri” barədə açıqlamasında bildirir.

Banklarla rəqabət və portfelin keyfiyyəti ipoteka kreditləri üzrə standartlara yumşaldıcı, daşınmaz əmlak bazarı ilə bağlı gözləntilər və təminat riski isə sərtləşdirici təsir göstərib.

İstehlak kreditləri üzrə isə əsas sərtləşdirici faktorlar inflyasiya, daşınmaz əmlak bazarı ilə bağlı gözləntilər və əhalinin ödəmə qabiliyyəti olmuşdur. Banklarla rəqabətin yumşaldıcı təsiri azalıb.

2023-ci ilin I rübündə istehlak və ipoteka kreditlərinə tələb yüksəlib. Tələbin artımının əsas drayverləri daşınmaz əmlak bazarı ilə bağlı gözləntilər, faiz dərəcələri, habelə, rəqəmsallaşma olub. Cari ilin ilk rübündə əhalinin borclanmasının banklar tərəfindən qiymətləndirilməsinə əsasən əhalinin borclanma səviyyəsində artım müşahidə edilir. Belə ki, sorğuya əsasən 42% bank əhalinin borclanmasında dəyişiklik olmadığını qeyd etsədə, 54% bank əhalinin borclanma səviyyəsinin orta dərəcədə artdığını, 4% bank isə orta dərəcədə azalma olduğunu bildirib.

RİSK

Sorğunun nəticələrinə əsasən cari ilin birinci rübündə faiz dərəcəsi və likvidlik riskləri üzrə artım, digər risk göstəriciləri üzrə isə azalma müşahidə edilib. 2023-cü ilin I rübündə kənd təsərrüfatı, sənaye, nəqliyyat, habelə, qeyri-istehsal və xidmət sahələri üzrə kredit riskində azalma, ticarət, tikinti, informasiya və rabitə sahələri üzrə isə kredit riskində artım olmuşdur. Bununla belə, bankların cavablarına əsasən biznes subyektləri üzrə cəmi kredit risklərinin azalması dinamikası səngimişdir. Mikro sahibkarlıq subyektləri üzrə səngimə daha çox nəzərə çarpır.

2323234432

Son xəbərlər
Digər xəbərlər