13 C
Baku
Sunday, November 24, 2024

“ASK Tütün” nizamnamə kapitalını 1 milyon manat azaldır

“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “ASK Tütün” MMC nizamnamə kapitalını azaldır.

Banker.az xəbər verir ki, “ASK Tütün” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı 2.648.675 Azərbaycan manatı məbləğindən Cəmiyyətin təsisçisi tərəfindən 1.000.000 Azərbaycan manatı dəyərində pul vəsaitinin Cəmiyyətin balansından çıxarılması nəticəsində azaldılaraq 1.648.675 Azərbaycan manatı müəyyən edilir.

17 sentyabr 2021-ci ildə qeydiyyata alınan şirkətin qanuni təmsilçisi Eldar Hüseyn oğlu Məmmədovdur.

Xatırladaq ki, “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC yenidən təşkil olunub. Bununlada, “ASK Tütün” MMC onun tərkibindən ayrılıb.

Son xəbərlər
Digər xəbərlər