5 C
Baku
Saturday, December 14, 2024

Neftin satış qiyməti proqnozdan $31.1 yuxarı olub – ARDNF ötən il $11.6 mlrd. gəlir əldə edib

Azərbaycan Prezidentinin 2022-ci il 22 iyul tarixli 1759 saylı Fərmanı ilə Dövlət Neft Fondunun (ARDNF) büdcəsinə müvafiq dəyişikliklər edilib, gəlirləri 15 mlrd. 789.1 mln. manat, xərcləri isə 11 mlrd. 597.1 mln. manat məbləğində təsdiq edilmişdir. 2022-ci ilin 1 yanvar tarixinə Dövlət Neft Fondunun vəsaiti 75 mlrd. 972.3 mln. manat və ya 45 mlrd. 025.1 mln. dollar təşkil edib.

Bu barədə Banker.az Hesablama Palatasının Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin icrası haqqında rəyində qeyd edilib.

2022-ci il ərzində manat ifadəsi ilə Dövlət Neft Fondunun büdcə gəlirlərinin ümumi həcmi 16 mlrd. 866.5 mln. manat təşkil etməklə, büdcədə nəzərdə tutulana nisbətən (15 mlrd. 789.1 mln. manat) 106.8 faiz səviyyəsində icra edilmişdir. 2022-ci il ərzində Dövlət Neft Fondunun büdcə xərcləri 7 mlrd. 988.3 mln. manat təşkil etməklə, büdcədə nəzərdə tutulana nisbətən (11 mlrd. 597.1 mln. manat) 68.9 faiz səviyyəsində icra olunmuşdur. 2022-ci ilin sonuna Dövlət Neft Fondunun büdcəsində 8 mlrd. 878.2 mln. manat və yaxud 4 mlrd. 886.9 mln. ABŞ dolları məbləğində profisit yaranmışdır.

ARDNF-in 2022-ci ilin büdcəsində proqnoz dövrü üzrə 1 barel xam neftin orta illik qiyməti 70 ABŞ dolları nəzərdə tutulduğu halda il ərzində bir barelin ortaçəkili qiyməti 101.1 ABŞ dolları, xalis mədaxil qiyməti isə 98.1 ABŞ dolları olması müəyyən edilib.

mz1

2022-ci il üzrə ARDNF-in büdcəsində profisit yaranmış, neftin satış qiymətinin proqnoza nisbətdə 31.1 ABŞ dolları artıq olması ilə bağlı mənfəət nefti və qazın satışından 11 mlrd. 587.6 mln. ABŞ dolları gəlirinin yaranması aktivlərin həcmində artıma səbəb olub. Belə ki, 2022-ci ilin 31 dekabr tarixinə Fondun aktivləri ABŞ dolları ifadəsi ilə ilin əvvəlinə nisbətən 4 mlrd. 8.4 mln. ABŞ dolları və yaxud 8.9 faizə qədər artaraq 49 mlrd. 3.6 mln. ABŞ dolları olub.

a1

Beynəlxalq bazarlarda xam neftin qiymətinin Fondun büdcəsində nəzərdə tutulmuş orta illik ixrac qiymətilə müqayisədə yüksək olması, xərclərin isə təsdiq edilmiş büdcə göstəricilərinə nisbətən əhəmiyyətli dərəcədə aşağı səviyyədə icra edilməsi, vəsaitlərin idarəedilməsindən əldə olunan gəlirlərin zərərlə və büdcədənkənar xərclərin olmasına baxmayaraq Fondun valyuta ehtiyatlarının ilin əvvəli ilə müqayisədə artmasına şərait yaradıb.

Son xəbərlər
Digər xəbərlər