13 C
Baku
Sunday, September 29, 2024

Dövlət Neft Fondu Parisdəki daşınmaz əmlakını icarə verməklə 5 mln. avro gəlir əldə edib

2022-ci ilin sonuna Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) birbaşa daşınmaz əmlak investisiyalarına aid olan Fransanın Paris şəhərində yerləşən Place Vendome daşınmaz əmlak kompleksinin icarəyə verilməsindən 2022-ci ildə ümumilikdə 5 001 343 Avro (20 iyun 2023-cü il tarixinə rəsmi məzənnə ilə 9 278 491 manat) məbləğində icarə haqqı əldə edilib.

Bu barədə Banker.az Hesablama Palatasının Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin icrası haqqında rəyində qeyd edilib.

Bildirilir ki, daşınmaz əmlakın 99%-i icarədə olub.

Qeyd edək ki, 2022-ci ilin əvvəli Parisdəki “SCI 8 Place Vendome” 376.60 milyon AZN (221.53 mln. USD) kimi qiymətləndirilirdi.

Son xəbərlər
Digər xəbərlər