14 C
Baku
Saturday, November 23, 2024

ABŞ Çinin müdafiə nazirinə qarşı sanksiyaları ləğv etməyi düşünmür

ABŞ Çinin müdafiə naziri Li Şanfuya qarşı birtərəfli sanksiyaları ləğv etməyi düşünmür.

Bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken CBS telekanalına müsahibəsində bildirib.

O, təsdiqləyib ki, Vaşinqton Pekinin imtinasına baxmayaraq, ABŞ Silahlı Qüvvələri komandanlığı ilə Çin Xalq Azadlıq Ordusu arasında rabitə kanallarının bərpasına çalışmaqda davam edəcək.

Blinken bildirib ki, söhbət hansısa qaynar xətt haqqında deyil, müntəzəm təmaslardan gedir. İkitərəfli hərbi dialoqun bərpasını təmin etmək üçün Vaşinqtonun Pekinə Li Şanfuya qarşı sanksiyaları ləğv etməyi təklif edib-etmədiyini soruşduqda, ABŞ xarici işlər naziri belə cavab verib:

“Buna ehtiyac yoxdur, çünki biz onların müdafiə idarəsinin rəisi ilə bu əlaqələri mükəmməl şəkildə davam etdirə bilirik”. Teleaparıcı bunun “yox” kimi səsləndiyini qeyd edəndə Blinken razılaşıb.

Son xəbərlər
Digər xəbərlər