Yaponiya indiyə qədər Ukraynaya 7.6 milyard dollar yardım edib.
Bu barədə Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi Londonda Ukraynanın bərpası ilə bağlı konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Yaponiya bundan sonra da Ukraynaya yardım edəcək.
“Yaponiya Ukraynada minatəmizləmə işlərinə, fundamental infrastrukturun, xüsusilə də enerji obyektlərinin bərpasına, kənd təsərrüfatı sənayesinin və istehsalının bərpasına, eyni zamanda, demokratiya və idarəçilik islahatlarına dəstək verəcək. Biz Ukraynada ədalətli sülhün mümkün qədər tez əldə olunması üçün beynəlxalq tərəfdaşlarla işləməyə davam edəcəyik. Yaponiya hər zaman Ukraynanın yanındadır”, – XİN rəhbəri vurğulayıb.