22 C
Baku
Friday, September 20, 2024

Xırdalan Şərab Zavodunu idarə edən “A+CO” şirkətinin ötən il mənfəəti azalıb

Xırdalan Şərab Zavodunu idarə edən “A+Co” Açıq Səhmdar Cəmiyyəti 2022-ci ili 2 milyon 45 min manat mənfəətlə başa vurub. 2021-ci ildə ASC-nin 2 milyon 314 min manat olub ki, bu da illik müqayisədə 12% azalma deməkdir.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “A+Co” ASC-nin gəlirləri 31 milyon 748 min manat (əvvəlki ilə nisbətən 18% çox), maya dəyəri xərcləri 17 milyon 581 min manat, inzibati və ümumi xərcləri 11 milyon 510 min manat təşkil edib.

Hesabat dövründə “A+Co” ASC-nin cəmi aktivləri 79 milyon 525 min manat olub ki, bu da 2021-ci ilə nisbətən 9.4% çoxdur. Şirkətin öhdəlikləri 21 milyon 590 min manatdan 27 milyon 654 min manata, kapitalı 51 milyon 85 min manatdan 51 miyon 871 min manata çatıb.

Xatırladaq ki, “A+Co” Açıq Səhmdar Cəmiyyəti 22.12.1997-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Şirkətin əsas faaliyyəti alkoqollu və alkoqolsuz içkilərin istehsalı və satışının həyata keçirməsidir.

a1 1 a2

 

Son xəbərlər
Digər xəbərlər