Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək ölkənin Mərkəzi Bankın faiz dərəcəsini 8.5 %-dən 15%-ə yüksəltməsini şərh edib.
O qeyd edib ki, qarşıdakı dövrdə ölkədə yürüdüləcək iqtisadi siyasət bu anlayış ətrafında formalaşacaq.
Nazirin sözlərinə görə, yeni addımlar Türkiyə iqtisadiyyatına gələcəkdə böyük sərmayələrin cəlb olunmasına səbəb olacaq: “Bu, investisiyaların və istehsalın maliyyələşdirilməsini xeyli asanlaşdıracaq, türk lirəsinin sabitliyini bərpa edib etibarlı valyutaya çevrilməsini təmin edəcək. Pulumuzun sabit və etibarlı olması dollarlaşma bəlasının qarşısını almaq üçün ən təsirli həll yoludur.”