Naxçıvanda 1816 ədəd yeni nəsil NKA quraşdırılıb

Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Banker.az-a verilən məlumata görə, 2023-cü il iyunun 1-nə MR ərazisində 1816 ədəd yeni nəsil NKA quraşdırılıb.

Cari ilin yanvar-may aylarında bu NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 62,6 milyon manatdan artıq, təkcə may ayında isə ilin əvvəli ilə müqayisədə 3,5 dəfə çox olub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər