10 C
Baku
Tuesday, November 26, 2024

Taleh Kazımov: “Xarici banklardan Azərbaycana daxil olması ilə bağlı təklif yoxdur”

Azərbaycan bank sektorunda xaric kapitalın iştirakı üçün hər hansı bir məhdudiyyət yoxdur.

Bunu Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında deyib.

“Hələ ki, xarici banklardan bununla bağlı təklif yoxdur. Ümid edirik ki, bu sahədə aparılan islahatlardan sonra onlar Azərbaycan bazarına daxil olacaq. Xarici bankların bizim bazara gəlməsi bank sektorumuzda təcrübəni artıra və bu sahədə inkişafa böyük təkan verə bilər”, – deyə o bildirib.

Qeyd edək ki, Azərbaycanda 24 bank fəaliyyət göstərir, onlardan 7-i xarici kapitalın iştirakı ilədir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər