“Agro Dairy” ötən ili də zərər edib – Yığılmış zərər ₼78.5 mln. manata yüksəldi

“PASHA Holding” MMC-nin  aqrar biznes strukturunda olan “Agro Dairy” MMC-nin gəlirləri 2022-ci ildə azalıb, ili zərərlə tamamlayıb.

Bu barədə Banker.az şirkətin illik audit hesabatına istinad edir.

“Agro Dairy” MMC-nin gəlirləri illik müqayisədə 40.4% azalaraq 36.97 mln. manat təşkil edib.

Satışın maya dəyəri illik müqayisədə 46.4% azalmaqla 30.85 mln. manata düşüb.

Bununla da, şirkətin digər gəlirləri və xərcləri cəminin fərqindən 4.51 mln. manat əməliyyat mənfəəti əldə edib. 2021-ci ildə şirkət 8.78 mln. manat əməliyyat zərəri etmişdi.

Şirkətin 16.5 mln. manat maliyyə və digər vergi xərclərindən sonra 12.17 mln. manat zərər edib. 2021-ci ildə 23.13 mln. manata yaxın zərər etmişdi.

Bu zərərlərin ardından “Agro Dairy” MMC 1 yanvar 2023-cü il tarixinə balansında 78.51 mln. manatdan çox yığılmış zərər yaranıb. Şirkətin 241.43 mln. manat nizamnamə kapitalı var.

Xatırladaq ki, “Agro Dairy” MMC 2014-cü ildə təsis edilib. Şirkət “PASHA Holding” MMC-nin strukturundadır. Bu gün şirkət Azərbaycanın aparıcı kənd təsərrüfatı şirkətlərindən biridir. Baş ofisi Bakıda yerləşir. Şirkət Samux, Tovuz və Hacıqabulda əkin sahələrinə sahibdir.312313123132

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər