Ukrayna 190 fiziki və 291 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.
Bu barədə dövlət başçısı Volodimir Zelenski müvafiq sənəd imzalayıb.
Sanksiyaya məruz qalanların əksəriyyəti Rusiyanın fiziki şəxsləri və şirkətləridir.
Siyahıda Rusiyaya uçuşları bərpa edən Gürcüstanın “Georgian Airways” aviaşirkəti də var.