Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin “TEKFEN” şirkətinin birgə müəssisəsi olan “AZFEN” 2022-ci il üzrə işçilərinin sayı açıqlanıb.
Banker.az xəbər verir ki, bu barədə birgə şirkətin illik audit hesabatında bildirilir.
“AZFEN” birgə müəssisəsinin ötən il işçilərinin sayı 5 450 nəfər olub ki, bu da illik müqayisədə 1 057 nəfər və ya 16.2% azalması deməkdir. 2021-ci ildə isə müəssisədə 6 507 nəfər çalışıb.
Xatırladaq ki, “AZFEN” birgə müəssisəsi 1996-cı ilin yanvarında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (60% sahiblik hüququ ilə) və “TEKFEN İnşaat və Təsisat A.Ş.” (40% sahiblik hüququ ilə) tərəfindən təsis edilib.