13 C
Baku
Sunday, November 24, 2024

OPEC: 2045-ci ilə qədər neftə tələbat gündəlik 110 mln. barelə çatacaq

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 20 il sonra qlobal neft tələbinin gündəlik 110 milyon barelə yüksələcəyini, dünyanın enerji tələbatının isə 23 faiz artacağını açıqlayıb.

Bu barədə OPEC-in baş katibi Haysam əl-Qays məlumat verib.

Haysam əl-Qays neftdən asılılığın yaxın gələcəkdə də davam edəcəyini bildirib: “Biz 2045-ci ilə qədər qlobal neft tələbinin gündə 110 milyon barelə yüksələcəyini proqnozlaşdırırıq. O vaxta qədər neftin qlobal enerji balansında payı 29 faiz səviyyəsində olacaq”.

Yaşıl enerjiyə qoyulan bütün sərmayələrə baxmayaraq, neftdən asılılığın davam edəcəyinə diqqət çəkən əl-Qays deyib: “2030-cu ilə qədər qlobal inkişafın davam etməsi nəticəsində dünyada yarım milyard insanın şəhərlərə köçəcəyini təxmin edirik. Beləliklə, dünyanın daha çox neftə ehtiyacı olacaq”.

OPEC-in baş katibi bərpaolunan enerji ilə bağlı fikirlərini də bölüşüb. Bərpaolunan enerji mənbələrinin gələcəkdə dünyanın enerji kompleksində daha böyük rol oynayacağını qeyd edən baş katib, OPEC-ə üzv olan bəzi ölkələrin bu sahəyə artıq “əhəmiyyətli investisiyalar yatırdığını” diqqətə çatdırıb.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər