16 C
Baku
Friday, October 18, 2024

Azərbaycanın ən iri elektrik stansiyasının gəlirləri 11% azalıb, bu, mənfəətə də təsir edib

“Azərenerji” ASC-nin törəmə təşkilatı “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC 2022-ci ildə enerji satışlarının həcmini azaldıb və bu onun xalis mənfəətinə də təsir edib.

Banker.az xəbər verir ki, “Azərbaycan İES” 2022-ci ildə 252.1 mln. manat enerji satışından gəlir əldə edib və bu illik müqayisədə 32.89 mln. manat, yaxud 11.5% azalmadır.

Satışın maya dəyəri isə illik 13.5% azalaraq 171.07 mln. manat üzərində olub.

Azərbaycan İES hesabat ilində yanacağa 171.07 mln. manat (2021-ci il: 197.78 mln. manat), amortizasiyaya 45.93 mln. manat (46.22 mln. manat),  təmir və texiniki xidmətə 7.39 mln. manat (7.65 mln. manat), işçi heyətinə 6.83 mln. manat (7.43 mln. manat) xərc çəkib.

Beləliklə, bütün gəlirlər və xərclər fərqindən il üzrə 4.33 mln. manat xalis mənfəət qalıb. Bu 2021-ci ildə 8.32 mln. manat idi.

Bu xalis mənfəətdən sonra 1 yanvar 2023-cü il tarixinə bölüşdürülməmiş mənfəət 84.61 mln. manatdan 88.95 mln. manata yüksəlib.

23123232332

Son xəbərlər
Digər xəbərlər