Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 1 saylı Regional Ekologiya və təbii sərvətlər idarəsinin rəis əvəzi vəzifəsindən azad olunub.
Bununla bağlı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev əmr imzalayıb. Nazirin əmri ilə 1 saylı Ekologiya və təbii sərvətlər idarəsinin rəis əvəzi Şakir Məcid oğlu Quliyev tutduğu vəzifədən azad edilib, həmin vəzifəyə Ceyhun Həsən oğlu Hüseynov təyin olunub.
Ş.Quliyevin işdə buraxdığı nöqsanlara görə azad olunduğu bildirilir.